Şəxsi kabinet üzrə ən çox verilən suallar və cavablar

Aylıq ümumi qross əmək haqqınızdan 99.5%-ni Yığım sığortasına yönləndirə bilərsiniz. Lakin Vergi Qanunvericiliyində edilən yeni dəyişikliklərə əsasən bütün əmək haqqınızın yalnız 50%-i vergi və DSMF ödənişlərindən azaddır. 50%-dən yuxarı hissə üçün isə vergi və DSMF rüsumları əmək haqqınızdan tutulacaqdır. Yəni tam əmək haqqınızı Yığım sığortasına yönləndirdiyiniz halda dövlətə rüsum ödənilən hissənin yalnız netto hissəsi sizin adınızdan yığım olunacaq.
2019-cu ilin Yanvar ayından etibarən müqavilə üzrə əlavə buraxılarsa illik gəlirlik norması bütün AZN müqavilələri üzrə 3%, USD müqavilələri üzrə isə 0,1% təşkil edəcək
Aylıq kredit xətti paketi mövcud müqaviləniz üzrə hələlik dəyişməz olaraq qalacaq. İllik % dərəcələri isə dəyişdirilmir.
Şəxsi kabinetdə yerləşdirdiyimiz kalkulyatora əsasən ilkin hesablamanı həyata keçirərək yeni sığorta məbləği ilə tanış ola bilərsiniz.
www.mylife.az saytına keçid etməklə yuxarıda sağda "Qeydiyyat"a keçmək, üstdəki xanaya FİN, altdakı xanaya isə artıq əldə olunmuş İD kodu daxil etmək və Məlumatı yoxla düyməsini sıxmaq lazımdır. Açılan pəncərədə şifrə təyin etmək tələb olunur. Müəyyən edilən şifrəni iki dəfə daxil edib “QEYDİYYAT” düyməsi sıxılmalıdır. Bu zaman orada qeyd olunan e-mail ünvanın düzgünlüyünü yoxlamaq, hər hansısa bir düzəliş etmək mümkündür.
Şifrəni unutduqda “ŞİFRƏNİ UNUTDUM” düyməsini sıxırsınız. Açılan pəncərədə Müştəri kodu (Müştəri ID) və FİN daxil edərək “BƏRPA ET” düyməsini seçməlisiniz.Bu zaman e-mail ünvanına link və müxtəlif simvollardan ibarət təsdiq kodu göndəriləcək. 20 dəqiqə ərzində həmin linkə keçib təsdiq kodunu tələb olunan xanaya yerləşdirməli, “YOXLA” düyməsi sıxmalısınız. Açılan pəncərədə yeni şifrə təyin olunması tələb olunacaq.
Şifrə 5 simvoldan az olmamalıdır. Köməkçi simvollardan (*,/-+_ ) istifadəsi tövsiyə olunmur.
Xeyr. Sizin şəhadətnaməniz aktiv qalır, Şəhadətnamənin ayrılmaz tərkib hissələri hesab edilən artım və ya azalma əlavələri qüvvəyə minir.
Xeyr. Sizin şəhadətnaməniz aktiv qalır, artım və ya azalma əlavələri qüvvəyə minir.
Siz bu halda müqaviləni şəxsi kabinetdən donduraraq mövcud sığorta haqqı qədər azalda bilərsiniz. Dondurma müddəti maksimum 36 aydır. Şəhadətnamə üzrə sığorta haqqının azaldılması müddətin sonuna qədər olur. PAŞA Bankdan təqdim olunan kredit də dondurulacaq. Dondurma zamanı cari ay üzrə müqavilə sıfırlanır və məbləğin üzərinə yalnız gəlirlilik faizi gəlir. Kredit üzrə isə yalnız istifadə olunan məbləğin faizləri müddətin sonuna qədər hesablanır. Müddətin sonunda şəhadətnaməniz üzrə göstərilən sığorta məbləğindən istifadə etdiyiniz kredit borcu və faizləri çıxılır qalan məbləğ sizə geri qaytarılır.
Şəxsi kabinetdə yalnız yaşam sığortası üzrə məlumatlar əks olunub.
Siz müqavilənizi dondurduğunuz zaman azalma əlavəsi açdırırsınız. Köçürmələri bərpa edərkən artım əlavəsi buraxılır. Siz bu halda müqaviləni şəxsi kabinetdən mövcud sığorta haqqı qədər azaltmalısınız. Yeni şirkət barədə məlumatlarınızı PAŞA Həyat əməkdaşlarına (kuratorunuza) təqdim etməlisiniz. Sığortalı (şirkət) dəyişikliyi edildikdən sonra şəxsi kabinet vasitəsilə artım müraciəti etməlisiniz.
Şəxsiyyət vəsiqənizi dəyişdirmisinizsə, zəhmət olmasa, contactcenter@pasha-life.az ünvanına ŞV şəklini göndərin.
İşdən çıxma halında alacağınız məbləği birdəfəlik artım olaraq yığıma yönləndirə bilərsiniz. İşdən çıxma halında sizə veriləcək məbləği şirkətinizin kuratoru ilə razılaşdırdıqdan sonra şəxsi kabinetiniz vasitəsilə birdəfəlik artım müraciəti edə bilərsiniz, Siz bu halda ŞK ilə müraciət edəcəksiniz.
Azalma məbləği yerinə qoşulduğunuz vəsaiti olduğu kimi daxil etmək lazımdır. Daha geniş izah üçün "İstifadə qaydaları" düyməsini sıxaraq yüklənən fayl ilə tanış ola bilərsiniz.
Şəxsi kabinetdə "HYS müraciətlər" bölməsində baxa bilərsiniz.
Şəhadətnaməyə vaxtından əvvəl xitam verilməsidir.Şəxsi kabinetdə "Cari vəziyyət" bölməsində müştərinin özünə qaytarılacaq təxmini məbləği görə bilərsiniz.
Konvertasiya müraciətinə 3 iş günü ərzində cavab verilir.
Şəxsi kabinetdə qeydiyyat və faktiki ünvanda, əlaqə nömrəsi və e-mail ünvanı bölmələrində müvafiq dəyişiklik və düzəlişlər apara bilərsiniz.
Xeyr. Konvertasiya müraciəti 90 gündən bir qəbul olunur. Ətraflı məlumat üçün konvertasiya şərtləri bölməsini nəzərdən keçirə bilərsiniz.
Xeyr. Bir müraciət tam təsdiq edildikdən sonra növbəti əməliyyatı icra etmək mümkündür.
Zəhmət olmasa, contactcenter@pasha-life.az ünvanına ŞV şəklini göndərin
Sığortaçılara nəzarət orqanı ( hal hazırda AR Maliyə Bazarlarına Nəzarət Palatası )
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “27” mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş Aktuar hesablamaların aparılmasına dair Təlimat
Aktuar təlimatın qüvvəyə mindiyi tarixdə sığortaçılara nəzarəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) həyata keçirirdi
Hər hansl bir məbləğin sığorta olunanın yaşına uyğun olaraq ehtimallar və texniki faiz dərəcəsinin nəzərə alınmaqla ( gözlənilən ömür müddəti, yaşam və ya ölmə ehtimalı ) bu günə cari dəyəri və ya gətirilmiş gözlənilən dəyəri.
Riyazi ehtiyat sığorta ödənişlərinin cari dəyərindən əlavə olaraq sığorta hadisəsinin tənzimlənməsi xərclərinin də cari dəyərini özündə ehtiva edir.
Cari yığım məbləğində olan hər hansı bir dəyişiklik sığorta məbləğinə təsir etmir. Sığorta məbləğinə dəyişlik yalnız tərəflərin ( sığortaçı və sığortalı(lar) ) qarşılıqlı razılığı ilə edilə bilər. Dəyişiklik riyazi sığorta ehtiyatının hesablandığı tarix üzrə baş vermişdir. 31.12.2018 tarixindək riyazi ehtiyatın sığorta haqqı ödənildikdən 1 ay ( 31 gün ) sonarkı tarixə olan miqdarı sizə təqdim edilirdisə, hal hazırda sığorta haqqının ödənildiyi günə hesablanaraq sizə təqdim edilir.
Həm azala həmdə arta bilər. Səbəb riyazi ehtiyatı təşkil edən kompanetlərin dəyişmələrinin ( indiki ana olan məbləğ – bir öncəki ana olan məbləğ )
Riyazi ehtiyat aşağıdakı ilk 3 kompanentin cəmi il 4cü kampanetin fərqinə bərabərdir.
* Yaşam təminatı üzrə ödənişin cari dəyəri - sığorta müdətinin sonuna doğru yaxınlaşdıqca artır və sonda sığorta məbləğinə bərabər olur
* Ölüm təminatı üzrə ödənişin cari dəyəri - sığorta müdətinin sonuna doğru yaxınlaşdıqca azalır və sonda 0-a bərabər olur
* Sığorta ödənişlərinin tənzimlənməsi xərclərinin cari dəyəri - sığorta müdətinin sonuna doğru yaxınlaşdıqca azalır və sonda 0-a bərabər olur
* Gələck dövürdə ödəniləcək sığorta haqqlarının cari dəyəri – sığorta haqlarının ödənilməsi dövrünün sonuna yaxınlaşdıqca azalır və sonda 0-a bərabər olur

Azalmanın səbəbi isə ölüm təminatı üzrə ödənişin və Sığorta ödənişlərinin tənzimlənməsi xərclərinin cari dəyərlərinin birlikdə azalma miqdarının Yaşam təminatı üzrə ödənişin cari dəyərinin artma miqdarından çox olması.
Sığorta məbləği sığorta müddətinin sonunda sizə ödəniləcək puldur. Riyazi ehtiyat isə sığorta ödənişinin ( sığorta məbləğinin ) və sığorta ödənişin tənzimlənməsi xərclərinin birlikdə bu günə olan cari dəyəridir.
Təəssüflər olsun ki, xeyir. Həyatın yaşam sığortası məhsulunun depozit müqavilələri ilə oxşarlığı olsada hesablanması tamamilə fərqli metodla aparılır. Həyatın yaşam sığortası məhsulu üzrə hesablamlar depozit müqaviləsinə münasibət daha çətin və kompleks hesablamalardır. Burada faiz dərəcəsi ilə birlikdə ehtimallar ( gözlənilən ömür müddəti, yaşam və ya ölmə ehtimalı ) və digər pul məbləğləri ( ölüm hadisəsi üzrə ödəniş və tənzimləmə xərcləri, sığorta haqları ) nəzərə alındığı üçün sırf faiz gəlirini ayrı ayrılıqda göstərmək mümkün deyil.
Təəssüflər olsun ki, xeyir. Həyatın yaşam sığortası məhsulu üzrə hesablamlar depozit müqaviləsinə münasibət daha çətin və kompleks hesablamalardır. Burada faiz dərəcəsi ilə birlikdə ehtimallar ( gözlənilən ömür müddəti, yaşam və ya ölmə ehtimalı ) və digər pul məbləğləri ( ölüm hadisəsi üzrə ödəniş və tənzimləmə xərcləri, sığorta haqları ) nəzərə alındığı üçün ölüm təminatı üzrə tarifimi/sığortaçıya ödədiyim əməliyyat xərclərini ayrı ayrılıqda göstərmək mümükün deyil.
Sığortaçılara nəzarət orqanı ( hal hazırda AR Maliyə Bazarlarına Nəzarət Palatası )
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “27” mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş Aktuar hesablamaların aparılmasına dair Təlimat. Təlimatın 4.4. bəndi.
Burada az olmanın əsas səbəbləri texniki faiz dərəcəsi, ölüm təminatı və sığortaçının əməliyyat xərcləridir. Sığorta olunanın ölüm ehtimalının və tənzimləmə xərclərinin sığorta məbləğinə təsiri texniki faizin təsirindən çox olduğu üçün bu hal yaranır.