Giriş
Hörmətli istifadəçi, bu mobil tətbiqetmədən istifadə edərkən və bu mobil
tətbiqetmə vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə
bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və
necə qorunacağı hazırkı “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada
tənzimlənir.
Anlayışlar:
-
Fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə
müəyyənləşdirməyə imkan verən istənilən məlumat. Sığorta sirri
hesab edilən məlumatlar da məxfi hesab edilir və fərdi məlumatlara
münasibətdə tətbiq edilən qaydalar gözlənilir.
-
Xüsusi kateqoriyalı fərdi məlumatlar - fiziki şəxsin irqi və ya
milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə,
səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;
-
Fərdi məlumatların toplanılması - şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi;
-
Fərdi məlumatların işlənilməsi - fərdi məlumatlar üzərində aparılan
əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi,
dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi).
-
PAŞA Həyat, biz, bizə, bizim (və ya bu şəxs əvəzliyinin halları) –
“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti və onun törəmə müəssisələri;
-
İstifadəçi, Siz (və ya bu şəxs əvəzliyinin halları) –
bizim təklif etdiyimiz xidmətlərdən yararlanan və/və ya
yararlanmaq məqsədilə hər hansı kommunikasiya kanalından
istifadə edərək bizə müraciət edən fiziki şəxs;
-
Veb-sayt - www.pasha-life.az ,
mylife.az , hys.az ,
diaqnozum.az
-
“PASHA Life APP” mobil tətbiqi - sığorta müqaviləsi ilə əlaqədar
müxtəlif əməliyyatların fərdi identifikasiya əsasında onlayn şəkildə yerinə
yetirilməsini təmin edən, bizə məxsus olan PASHA Life APP adlı mobil tətbiqetmə;
-
“WhatsApp” hesabı – geniş ictimaiyyətə (Siz də daxil olmaqla) və
bizneslərə (o cümlədən bizə) ünsiyyət qurmaq imkanı yaradan,
mesajlaşma proqramı olan “WhatsApp” mobil tətbiqindən yaradılmış,
PAŞA Həyat-a məxsus “+994512300000” mobil nömrəsinə bağlı olan hesab
Bu siyasət nəyi tənzimləyir?
Burada bizim kim olduğumuz, necə və nə üçün şəxsi məlumatlarınızı topladığımız,
saxladığımız, istifadə etdiyimiz və paylaşdığımız barədə vacib məlumatlar
qeyd olunduğuna görə bu Siyasəti diqqətlə oxumağınız xahiş edilir
“Məxfilik siyasəti” kommunikasiya kanalları üzərindən
toplanan məlumatlara aiddir. Siz yuxarıda qeyd edilən
hər hansı kommunikasiya kanalını istifadə edərkən,
ziyarət edərkən və ya xidmətlərimizdən yararlanmaq
məqsədilə bizə müraciət edərkən öz fərdi məlumatlarınızı
daxil etməklə və sığorta müqaviləsini/sığorta müqavilələrini
təsdiq etməklə həmin məlumatların PAŞA Həyat tərəfindən
toplanılmasına və işlənilməsinə icazə vermiş olursunuz.
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq,
biz yalnız Sizin tərəfinizdən hər hansı kommunikasiya kanalı
üzərindən təqdim etdiyiniz fərdi məlumatları toplayır və işləyirik.
Siz hər hansı fərdi məlumatınızı açıqlamadan kommunikasiya
kanallarından istifadə edə və daxil ola bilərsiniz.
1. Fərdi məlumatları qoruma öhdəliyi:
Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması
bizim üçün vacib amillərdən biri olduğuna görə bununla bağlı
tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür.
Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız
müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki,
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası
Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq,
konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar
və Sizin razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.
Əgər Siz artıq bizim müştərimizsə, sığortalı və ya sığorta
olunan olaraq sığorta sirri təşkil edən fərdi məlumatlarınızı qorumaq,
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa əsasən bizim öhdəliyimizdir.
2. Topladığımız fərdi məlumat növləri:
Sizin tərəfinizdən təqdim edilən haqqınızda topladığımız məlumatlara aşağıdakılar daxil ola bilər:
-
Əlaqə məlumatları: məsələn, ad, soyad və ata adı, e-mail və poçt ünvanı, telefon nömrəsi, sosial media
hesabı və s.;
-
Unikal identifikatorlar: məsələn, pasport nömrəsi və şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi,
dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SUN) və s.;
-
Demoqrafik məlumatlar: məsələn, doğum tarixi və yeri, yaş, cins, vətəndaşlıq, irq, foto, ailə vəziyyəti,
məşğul olduğunuz fəaliyyət növü və s.;
-
İş və maliyyə vəziyyəti barədə məlumatlar: məsələn, ixtisas, iş yeri və ünvanı, peşə/vəzifə, sahibkarlıq
fəaliyyəti, əmək haqqı və ona əlavələr, əmək və kredit tarixçəsi və s.;
-
Səhhətinizlə bağlı məlumatlar: məsələn, xəstəlik tarixçəsi, tibbi sənədlər, sağlamlıq vəziyyəti və tibbi
ekspertiza nəticələri və s.;
-
Sığorta xidmətlərinin göstərilməsi məqsədilə tələb edilən və Sizin tərəfinizdən təqdim edilən hər hansı
digər məlumat.
3. Məlumat mənbələri:
-
Sizin tərəfinizdən təqdim edilən məlumatlar:
Biz Sizin fərdi məlumatlarınızı yalnız sizin xəbəriniz olmaqla
və razılığınızla toplamağa çalışırıq və bu bir qayda olaraq,
lakin bunlarla sərhədlənməyərək, xidmətlərdən istifadə etdiyiniz,
müştəri sorğuları göndərdiyiniz və yaxud bizim suallarımıza cavab
verdiyiniz zaman (məsələn, anketləri doldurduqda və ya sorğularda
iştirak etdikdə) baş verir. Bu yolla əldə edilmiş fərdi
məlumatlarınız tamamilə azad iradənizlə təmin etdiyiniz məlumatlardır.
Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam şəkildə qeyd etməlisiniz.
Verdiyiniz məlumatların doğru və tam olmasına görə Siz özünüz məsuliyyət daşıyırsınız.
Yanlış və/və ya natamam məlumatların daxil edilməsi, tələb etdiyiniz
sığorta məhsulunun etibarlılığını, sığorta təşkilatı olaraq bizim və/və
ya sığorta vasitəçilərimizin Sizə və/və ya sığortalıya qarşı olan
məsuliyyətimizə və sığorta ödənişi tələblərinə təsir edə bilər.
Belə olan halda biz heç bir məsuliyyət daşımırıq. Yanlış və/və ya
natamam məlumat daxil etməyiniz ucbatından PAŞA Həyat üçün yaranacaq
hər cür zərərə görə siz məsuliyyət daşıyırsınız.
-
Digər mənbələrdən əldə edilən məlumatlar:
Sığorta xidmətlərinin təşkil edilməsi, yeni sığorta hadisələrinin tənzimlənməsi və araşdırılması məqsədilə
Sizin müvafiq dövlət orqanları, maliyyə bazarlarına nəzarət orqanı və icbari sığorta bürosunun elektron
informasiya daşıyıcılarında yerləşdirilmiş və ötürülməsi qanunvericiliklə qadağan olmayan fərdi
məlumatlarınız da toplanıla bilər. Bu məlumatların alınması üçün Sizin razılığınız tələb olunduğu təqdirdə
həmin razılığın alınması təmin ediləcəkdir.
4. Məlumatlar hansı məqsədlə istifadə edilə bilər?
Bizə verilən açıq və konfidensial fərdi məlumatlarınızın aşağıdakılar daxil olmaqla, lakin bunlarla
məhdudlaşmayan bir sıra məqsədlər üçün istifadə edilməsinə razılıq verirsiniz:
- Sığorta müqaviləsinin tənzimlənməsi üçün (məsələn, istinad, anderraytinq, sığorta iddialarına baxılması və
araşdırılması);
- Bazar araşdırması, təhlil analitik məqsədləri, proses, xidmət və məhsulların təkmilləşdirilməsi üçün;
- Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün;
- Fırıldaqçılıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və
aşkarlanması üçün;
- Hər hansı bir qanuni öhdəliklərə (məsələn, vergi, mühasibat və inzibati öhdəliklər) riayət etmək üçün;
- Sığorta sistemində tənzimləmə və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə maliyyə
bazarlarına nəzarət orqanın yazılı tələbi əsasında həmin orqana, habelə maliyyə bazarlarına nəzarət
orqanının səyyar yoxlama apardığı müddət ərzində müvafiq yoxlayıcılara təqdim etmək üçün.
Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter
daşıdığı hallar istisna olmaqla, fərdi məlumatlarınız yalnız Sizin razılığınızla və/və ya qanunvericiliklə
müəyyən olunmuş hallarda toplanıla, işlənilə və ötürülə bilər.
5. Məlumatları əldə edə bilən subyektlər:
PAŞA Həyat olaraq, fərdi məlumatlarınızın yuxarıda göstərilən məqsədlərlə və qanunvericiliyə uyğun olaraq aşağıda
qeyd edilən üçüncü tərəflərlə bölüşə bilərik:
- Xidmətin təmin edilməsi məqsədilə fərdi məlumatlarınız PAŞA Həyat tərəfindən dövlət orqanları, texniki
dəstək göstərən İT şirkətləri, hüquqi və ya digər xidmət göstərən şirkətlər, sığorta agentləri, PAŞA Həyatın
aidiyyəti şəxsləri, təkrarsığortaçılar və “Sığorta fəaliyyəti haqqında” AR Qanunu ilə adları göstərilən
digər şəxslərə ötürülə bilər;
-
Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək, o cümlədən Sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən
şikayət etdiyiniz təqdirdə müvafiq nəzarətedici orqanlara ötürülə bilər.
6. Sizin hüquqlarınız:
Aşağıdakı hüquqlara maliksiniz:
-
Sizin barənizdə fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi
əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə
verilməsinin Sizin üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
-
Sizin barənizdə toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
-
Sizin barənizdə fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını,
fərdi məlumatlarınız ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması
nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
-
Sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatlar natamam və ya səhv olduqda dəqiqləşdirilməsini və
qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, silinməsini və məhv edilməsini tələb etmək;
-
Sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq,
həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
- Qanunvericiliklə nəzərdə tutulan digər hüquqlar.
7. Digər kanallara (linklərə, veb-saytlara və s.) keçid:
Kommunikasiya kanallarından istifadə zamanı Sizə digər kanallara (linklərə, veb-saytlara və s.) keçidlər təqdim
edilə bilər. PAŞA Həyat həmin keçid üzrə açılan kanalların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət
daşımır. Belə kanallar fərqli formada öz məlumat toplama və məxfilik siyasətinə sahibdirlər. Buna görə də,
müvafiq kommunikasiya kanalları üzərindən bizə müraciət edərkən keçid etdiyiniz digər hər hansı kanalın məxfilik
siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.
8. Digər istifadə şərtləri:
PAŞA Həyat istənilən zaman və əvvəlcədən xəbərdar etmədən hazırkı Siyasətin müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özundə saxlayır. Bu cür dəyişikliklər edildikdən sonra Siz müvafiq kommunikasiya kanalının hər hansı biri üzərindən bizə müraciət etməklə, eləcə də onlardan istifadə etməklə bu dəyişiklikləri qəbul etmiş olursunuz.
PAŞA Həyat kommunikasiya kanallarında əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin biz Sizin tərəfinizdən müvafiq kommunikasiya kanalları üzərindən təqdim edilən/daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermirik.
PAŞA Həyat öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, kommunikasiya kanal(lar)ından istifadə nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.